Sabahın HAVA PROQNOZU

Sabahın HAVA PROQNOZU
  • Cəmiyyət

  • Azərbaycan ərazisində aprelin 24-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Mülayim cənub küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-13, gündüz 15-20, Bakıda gecə 11-13, gündüz 18-20° C isti olacaq.

    Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65% olacaq.

    Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var.

    Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 9-14, gündüz 24-29, dağlarda gecə 0-5, gündüz 12-17° C isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər