Akif Qurbanov: Pandemiya "heç vaxt bir ilə tamamlanmır, bu, iki-üç il davam edə bilər"

Akif Qurbanov:  Pandemiya  "heç vaxt bir ilə tamamlanmır, bu, iki-üç il davam edə bilər"
  • Cəmiyyət

  • LEQAL.AZ  Buta.ws-ə istinadən xəbər verir ki, TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov deyib ki, Pandemiya  heç vaxt bir ilə tamamlanmır, bu, iki-üç il davam edə bilər. Pandemiyanın bu ilin sonunda bitməsini gözləməyin, karantin davranış qaydalarına pandemiya bitənə qədər əməl etmək məcburiyyətindəyik. Vaksin olsa da, olmasa da qorunacağıq. Əslində, vaksin tapılıb, dünyada artıq çoxsaylı vaksinlərin üzərində araşdırmalar davam edir. Bir çoxu sınaqlardan keçib, digər qismi isə sınaqların sonuncu mərhələsindədir. Hesab edirəm ki, gələn ildən etibarən bu vaksinlərin kütləvi şəkildə tətbiqinə başlanılacaq. Ən effektiv və ən təhlükəsiz vaksinlər hazır olan kimi onların gətirilməsi və istifadə olunması haqqında Azərbaycan da dövlət səviyyəsində müəyyən işlər görüb. Bu, gələn ildən tez olmayacaq. Lakin vaksin gətirildikdən və vaksinasiya olunduqdan sonra pandemiyanın bitəcəyi də sual altındadır. Bunu əvvəlcədən təyin etmək mümkün deyil. Vaksinlər yoluxma sayına nəzarət etməyə və azaltmağa imkan versə də, heç kəs fikirləşməsin ki, vaksinin tətbiqindən sonra qorunma tədbirlərinə ehtiyac qalmayacaq. Yalnız pandemiya bitərsə və yoluxma sayı yox dərəcəsində olarsa, qorunma tədbirlərinə son qoyulacaq. İnsanların çox hissəsi virusa yoluxmaqla və ya vaksinasiya ilə virusa qarşı müəyyən immunitet qazanacaq. Bundan sonra dünyada və ölkəmizdə karantin rejiminin aradan qaldırılması haqqında söhbət gedə bilər. Amma bunun yaxın aylarda baş verməsi gözlənilmir, ən azı yaya qədər özümüzü və ətrafımızı qorumaq üçün bu tədbirlərə əməl etməliyik.

     Bu gün ölkəmizdə müharibə gedir, odur ki, insanlar ikiqat ehtiyatlı davranmalıdır. Səhiyyə sisteminin yüklənməməsi üçün əlimizdən gələni etməliyik. Hər bir şəxs bilməlidir ki, bu gün klinikaların qarşısında duran əsas məsələ yaralı əsgərlərimizə xidmət göstərməkdir. Yoluxma sayının çoxalmasının qarşısını almaqla ordumuza da kömək edirik. Bu mənada qorunma tədbirləri vətənpərvərlik hisslərinin tərkib hissəsi olmalıdır. Əgər o şəxsdə həqiqətən vətənpərvərlik hissi varsa, qorunma tədbirlərinə əməl edəcək və öz missiyasını yerinə yetirmiş olacaq.

    PAYLAŞ:

    Oxşar xəbərlər