Daxili işlər orqanında kadr dəyişikliyi olub.
"Leqal.az" Apa-nın yerli bürosuna istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən polis baş leytenantı Abuzərov Devran Allahverdi oğlu Gəncə şəhər 2 saylı polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsindən azad olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 1 saylı polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsinə təyin olunub.