Prezidentin Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü

Prezidentin Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü
  • Cəmiyyət

  • 2022-ci il Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvada TASS agentliyinin mənzil-qərargahında “Rusiya və Azərbaycanın diplomatik münasibətlərinin 30 ili TASS və AZƏRTAC-ın fotolarında” adlı ekspozisiya ilə tanış olublar. Bu, TASS və AZƏRTAC-ın birgə layihəsidir. İyirmi fotoşəkildən ibarət olan ekspozisiyada Rusiya və Azərbaycan xalqlarının siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə dostluğunun və əməkdaşlığının tarixinin ən yeni dövrü barədə söhbət açılır.

    TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman ekspozisiyada təqdim edilən şəkillər barədə qonaqlara məlumat verib. TASS-ın fotoqrafları 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev və Rusiya Prezidenti Boris Yeltsin tərəfindən Dostluq, Əməkdaşlıq və Təhlükəsizlik haqqında Müqavilənin, 2001-ci ildə Heydər Əliyev və Vladimir Putin tərəfindən Xəzər dənizində əməkdaşlığın prinsipləri haqqında Birgə Bəyanatın və Qafqazda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın inkişafı prinsipləri haqqında Bakı Bəyannaməsinin imzalanması anlarını əbədiləşdiriblər.
    Sankt-Peterburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışından, Rusiyanın və Azərbaycanın Xalq artisti Lyudmila Zıkinanın konsertindən sonra Heydər Əliyevin onunla söhbəti zamanı AZƏRTAC-ın fotomüxbirinin çəkdiyi kadrlar mədəniyyət sahəsində qarşılıqlı münasibətlərdən bəhs edir. Ekspozisiyada Rusiya Prezidenti Vladimir Putinin, RF xarici işlər naziri Sergey Lavrovun, Moskvanın və Bütün Rusiyanın

    Patriarxı Kirillin Azərbaycana rəsmi səfərlərindən çəkilmiş fotoşəkillər nümayiş etdirilir. Eyni zamanda Prezident İlham Əliyev sərgi ilə tanışlıqdan sonra TASS agentliyinin mənzil-qərargahında Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşmüşdür.



    Fərid Ağayev,
    Masallı rayon Mahmudavar kənd sakini.

    PAYLAŞ:

    Oxşar xəbərlər