Vətənimiz üçün birgə döyüşürük: Ordumuzun rus əsilli igidləri - VİDEOREPORTAJ

Vətənimiz üçün birgə döyüşürük: Ordumuzun rus əsilli igidləri - VİDEOREPORTAJ
  • Cəmiyyət

  • LEQAL.AZ oxu.az-a istinadən xəbər verir ki, Azərbaycanda yaşayan rus ailənin oğlu Qarabağ uğrunda döyüşür.

    Ölkəmizdə yaşayan ruslar da Azərbaycan vətəndaşı olduqlarını unutmurlar. Onlar Azərbaycanı öz vətənləri bilib, Qarabağın işğaldan azad olunacağı günü hamımız kimi səbirsizliklə gözləyirlər.

    Azərbaycanda yaşayan, milliyyətcə rus olan ailənin oğlu Samir Abbasov Qarabağ döyüşlərində iştirak edir. Samirin anası İrina Yuryevna və ailəsi Qarabağın işğaldan azad olunduğunu öz gözləri ilə görmək və orada olmaq istəyir:

    “Mən rusam, Bakıda doğulmuşam. Bu, mənim ailəmdir – həyat yoldaşım Vadim Abbasov və böyük oğlum Anar Abbasov. Kiçik oğlumun adı Samirdir. Bütün mərd oğullarımız kimi, hazırda cəbhədə döyüşür.

    Gördüyünüz kimi, biz gözəl şəhərimizdə yaşayırıq, rahat oturub söhbət edə bilirik. Heç bir ölkəyə köçmək niyyətində deyilik. Mənim böyük oğlumun oğlu oldu: daha bir Azərbaycan vətəndaşı, əsgəri, igidi”.

    Anar Abbasov deyir ki, bu hadisələr başlayanda qardaşına çağırış gəlib:

    “O, vətəni qorumağa getdi. Biz bu gün rahat yata biliriksə, o, orada olduğu üçündür. Biz Qarabağı filmlərdən, fotolardan deyil, canlı görmək istəyirik”.

    PAYLAŞ:

    Oxşar xəbərlər