Millət vəkilindən nəqliyyatda sıxlıqla bağlı HƏYƏCAN TƏBİLİ

Millət vəkilindən nəqliyyatda sıxlıqla bağlı HƏYƏCAN TƏBİLİ
  • Cəmiyyət

  • “Koronavirusun yayılmasının qarşısını almaq üçün ictimai nəqliyyatla bağlı daha ciddi tədbirlər görülməlidir”.

    LEQAL.AZ oxu.z-a istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

    Millət vəkili qeyd edib ki, nəqliyyatda sıxlıq ciddi fəsadlarla nəticələnə bilər:

    “Bunun üçün ictimai nəqliyyatla bağlı ciddi işlər görülməlidir. Pik saatlarda avtobuslarda sosial məsafənin olmasını müşahidə etmirik. Əksinə, avtobuslarda sıxlıq görürük. Təbii ki, bu da koronavirusun yayılması üçün çox təhlükəlidir. Bununla bağlı effektiv tədbirlər görmürük”.

    Qeyd edək ki, ötən gün Azərbaycanda koronavirusa (COVID-19) 1242 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 15 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 12484 nəfər olub.

    Ölkədə son sutka ərzində 11159, hazırkı dövrədək isə 1 379 779 test aparılıb. Ümumi ölənlərin sayı 768 nəfərdir. Ümumi yoluxanların sayı 58 282 nəfər, ümumi sağalanların sayı 45 030 nəfərdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər