Ukraynalı deputatlar azərbaycanlı zabitə Qəhrəman adı verilməsini təklif etdi

Ukraynalı deputatlar azərbaycanlı zabitə Qəhrəman adı verilməsini təklif etdi
  • Cəmiyyət / Maraqlı

  • Ukraynanın şərqində ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan azərbaycanlı kapitan Bağırov İlqar Saleh oğluna ölümündən sonra “Ukrayna Qəhrəmanı” adı verilə bilər.

    Ukraynanın İrpen şəhərinin meri Oleksandr Markuşin “Report”un Şərqi Avropa bürosuna açıqlamasında bildirib ki, bununla bağlı şəhər Radası (yerli parlament) qərar qəbul edib və Prezident Volodimir Zelenskiyə müraciət edib.

    O qeyd edib ki, hazırda böyük ümid ilə nəticəni gözləyirlər.

    Şəhər Radasının ardınca Kiyev vilayət Radası da eyni qərarı qəbul edərək Ukrayna Prezidentinə eyni müraciəti ediblər.

    Qeyd edək ki, İrpen şəhər sakini olmuş İlqar Bağırov 2014-cü il sentyabr ayının 30-da Luqansk vilayətinin Debaltsev şəhərində gedən qızğın döyüşlər zamanı həlak olub. Onun rəhbərlik etdiyi kəşfiyyat qrupu mühasirəyə düşüb. Qarşı tərəfi xeyli itkiyə uğratdıqdan sonra İlqar Bağırov mühasirədən çıxmayacağını görüb, əl qumabarası ilə özünü partladıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər