ÜST: Ötən sutka ərzində 10 mindən çox insan koronavirusdan dünyasını dəyişib

ÜST: Ötən sutka ərzində 10 mindən çox insan koronavirusdan dünyasını dəyişib
  • Cəmiyyət / Maraqlı

  • Dünyada COVID-19-a yoluxanların sayı 360 milyon nəfəri keçib.

    "Leqal" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

    Məlumata əsasən, ötən sutka ərzində 3 milyon 395 min 352 nəfər koronavirusa yoluxub, 10 min 176 nəfər isə dünyasını dəyişib.

    Bildirilir ki, yoluxanların ümumi sayı 360 milyon 578 min 392, ölənlərin isə 5 milyon 620 min 865 nəfərə çatıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər