Nazirlər Kabinetindən LEQAL.AZ-a bildiriblər ki, Azərbaycan dilinin orfoqrafiya normaları “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 yanvar tarixli Fərmanının 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
Bu məqsədlə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının layihəsi yenidən hazırlanıb və müvafiq qaydada razılaşdırılmaqla qəbul edilib.
Qərar Azərbaycan Respublikası Konstitusiyasının və “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq dövlət dili ilə bağlı normaların müəyyənləşdirilməsini, dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün şərait yaradılması, həmçinin Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda tətbiq edilməli yazı mədəniyyətinin formalaşmasını təmin edir.