17-01-2022, 22:36
Oxunma sayı:
269
Cəmiyyət / Maraqlı
xxxGünəş, ay Günəş,
düş pəncərəmdən
balamsız qalan otağına.
Şüaların gətirsin balamı
balamsız qalan
soyuq divarlarımıza.
Sənlə qonaq gəlsin balam
Evimizə.
İsitsin evimizi.
Qayıdaq
bəxtəvər günlərimizə,
Ətri yayılsın
621 gün onsuz qalan
Ocağımıza...
Müəllif: SEVİNC