Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar şöbəsinin texniki qrupunun rəhbəri Mariya Van Kerxove bildirib ki, son həftə ərzində dünyada COVID-19-a yoluxanların sayı 71% artıb.
Müvafiq məlumat bu axşam dərc olunan həftəlik epidemioloji bülletendə öz əksini tapıb. Yoluxmadakı artım regionlara görə dəyişir. ABŞ-da qeyd olunan göstərici 100%, Afrikada isə təxminən 7% artıb.
Van Kerkhove vurğulayıb ki, qarşıdakı həftədə yoluxmaların sayı daha çox olacaq. /oxu.az