ÜST: Son bir həftədə koronavirusa yoluxanların sayı 11% artıb

ÜST: Son bir həftədə koronavirusa yoluxanların sayı 11% artıb
  • Cəmiyyət / Maraqlı

  • Son bir həftə ərzində dünyada 4,9 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 44 mindən çox insan dünyasını dəyişib.

    Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində bildirilir.

    Məlumata görə, əvvəlki 7 günlə müqayisədə yeni infeksiyaların sayı 11% artıb, ölənlərin sayı isə 4% azalıb. Bu müddət ərzində ölənlərin sayı 4% azalıb.

    Ümumilikdə həftə ərzində 4 985 093 yoluxma aşkar edilib, 44 680 ölüm faktı qeydə alınıb.

    Xəstəlik Amerikada 39%, Afrikada 7%, Avropada isə 3% artıb. Eyni zamanda, Cənub-Şərqi Asiyada (12%) və Şərqi Aralıq dənizində (3%) azalıb. Afrikada (72 faiz), Cənub-Şərqi Asiyada (9 faiz) və Amerikada (7 faiz) ölüm halında artım qeydə alınıb. Eyni zamanda, bu göstəricilər Avropa (12 faiz), Şərqi Aralıq dənizi (7 faiz) və Qərbi Sakit okean regionunda (3 faiz) azalıb.

    Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dekabrın 28-nə pandemiyanın başlanğıcından bəri dünyada 280 119 931 yoluxma halı və 5 403 662 ölüm halı qeydə alınıb. Gün ərzində yoluxanların sayı 455 944 nəfər, ölənlərin sayı 4 501 nəfər artıb.

    Mənbə: TASS
    PAYLAŞ:

    Oxşar xəbərlər