“General anasını o cür danışdırıb yaymaq...”

“General anasını o cür danışdırıb yaymaq...”
  • Cəmiyyət / Maraqlı

  • "Şəhid anaları başımızın tacıdır. Nə desələr, hətta haqsız da olsalar, yenə də gözümüzün nurudurlar, başımız-gözümüz üstdə yerləri var. Amma... Onları o cür danışdırıb yaymaq, məsuliyyətsizcəsinə müqəddəs duyğular üzərindən ucuz tiraj toplamaq, ya da elə görüntü yaratmaq təxribatdır, milli təhlükəsizliyimizə təhdiddir, şəhidlərimizin ruhuna hörmətsizlikdir".

    "Leqal" xəbər verir ki, bu sözləri “Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı şəhid generalımız Polad Həşimovun adından sui-istifadə edən bəzilərinin yaydığı video haqda qeyd edib.

    A.Camalqızı bildirib ki, bu təşəbbüslərin qarşısı dərhal alınmalıdır:

    “Şəhidlərimiz də, onların ailə üzvləri də toxunulmazdır və heç kimsə, heç bir qüvvə onların saflıqlarından, ağrılarından, yaralarından öz çirkin siyasi məqsədləri üçün istifadə etməməlidir. Edənlər cəzalandırılmalı, o yaydıqları internetdən yığışdırılmalıdır. Media, azad söz bu deyil, bu olmamalıdır...”.

    Xatırladaq ki, dünən mediada yayılan videoda Şəhid general Polad Həşimovun anası Səmayə Həşimova Müdafiə naziri Zakir Həsənov və Baş Qərargah rəisi Kərim Vəliyevin ünvanına bir sıra ciddi ittihamlar səsləndirib. 
    PAYLAŞ:

    Oxşar xəbərlər