İbrahim Şükürova Həsən bəy Zərdabi mükafatı təqdim olunub

İbrahim Şükürova Həsən bəy Zərdabi mükafatı təqdim olunub
  • Cəmiyyət

  • İbrahim Şükürov. Bu ad hamıya tanışdır.

    Bu imza 20 ilə yaxındır ki, "Yeni Həyat", "Aşkarlıq" və digər qəzetlərdə, son vaxtlar isə sosial şəbəkələrdə oxucu və izləyicilərin diqqətini cəlb edir. İbrahim rayon xəbərlərini operativ şəkildə yayılmasında ad qazanıb, maraqlı zarisovkaları, reportajları, esseləri ilə seçilir.

    Xalqımızın Qarabağ niskili onu bir vətəndaş, yazar kimi düşündürüb. 44 günlük Qarabağ savaşında qələminə rahatlıq verməmiş narahat anlar keçirmişdir, şəhidlərin, qazilərin , şəhid ailələrinin həyatını müntəzəm və geniş işıqlandırılmasına çalışmışdır.

    Rayonda xeyriyyə əməlləri ilə də hamının yanında hörmət sahibidir. İbrahim Şükürov Vətən müharibəsinin mətbuatda işıqlandırılmasındakı fəallığa görə və anadan olmasının 55 illiyi münasibətilə Azərbaycan Jurnalistlər Birliyi tərəfindən H.B.Zərdabi diplomu ilə təltif edilmişdir. 

    Həmkarımız, istedadlı qələm sahibi, tanınmış jurnalist İ.Şükürovu təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzu edirik!


    Həsənağa ƏLİYEV,
    “Yeni həyat” qəzetinin məsul katibi.

    PAYLAŞ:

    Oxşar xəbərlər