“Millət vəkillərini ələ salmaqla, səviyyəsiz şəkildə lağlağı ilə elə bilirlər ki, cəmiyyətdə reytinq qazanacaqlar”.
Bu sözləri millət vəkili Fazil Mustafa İctimai TV ilə bağlı fikirlərini bildirərkən deyib.
Baku TV əməkdaşları əhalinin İctimai TV ilə bağlı fikirlərini öyrənmək üçün şəhər mərkəzində sorğu keçirib.
Əhalinin böyük əksəriyyəti bildirib ki, İctimai TV-də yeni rəhbərlik təyin olunduqdan sonra kanal daha çox inkişaf edib.
Buradan da belə qənaətə gəlmək mümkündür ki, İctimai TV millət vəkillərinin yox, millətin kanalıdır.
Jurnalist Orxan Fikrətoğlu deputatların İTV ilə bağlı sərt tənqidlərini dinlədikcə Mirzə Cəlilin “Aynalar” fəlsəfəsini, “Molla Nəsrəddin” jurnalının çıxdığı dönəmləri xatırladığını deyib.
Sözügedən süjeti təqdim edirik:
oxu.az