Masallılı iş adamından növbəti xeyriyyə aksiyası

Masallılı iş adamından növbəti xeyriyyə aksiyası
  • Cəmiyyət

  • Masallıda ənənə halını almış xeyriyyə aksiyaları soydaşlarımızın sosial həmrəylik nümayiş etdirməsi ilə yanaşı, dövlət-vətəndaş birliyinin bariz göstəricisidir.

    İstər koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq sərt karantin rejimi zamanı, istərsə də 44 günlük Vətən müharibəsi dövründə və sonrakı müddətdə Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayondan olan sahibkarlar və xeyirxah insanların dəstəyilə imkansız və şəhid ailələrinə, müharibə əlillərinə ərzaq və maddı yardımlar göstərilib.

    31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı öncəsi rayon icra hakimiyyətinin məsul işçiləri və aksiya iştirakçıları şəhid ailələrinə baş çəkiblər.

    Masallı rayonunun Birinci Yeddioymaq kəndindən olan, Rusiya Federasiyasında sahibkarlıqla məşğul olan iş adamı Üzeyir Salayev tərəfindən rayon üzrə Vətən müharibəsi şəhidlərinin ailələrinə ərzaq və maddi yardım göstərilib.

    Görüş zamanı Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyilə ordumuzun şücaətindən danışılıb, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərimizin xatirəsinin daima yaddaşlarda qalacağı vurğulanıb.

    Şəhid ailələrinin sosial vəziyyətilə maraqlanan ziyarətçilər onların daim dövlətin qayğısı ilə əhatə olunacağını, eyni zamanda yerli icra orqanları, xeyirxah insanlar tərəfindən bütün səylərin göstəriləcəyini bildiriblər.

    Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, rayon rəhbərliyinə, bütün xeyirxah insanlara minnətdarlıqlarını ifadə ediblər.

    Məlumat üçün bildirək ki, 27 sentyabrdan, İkinci Qarabağ müharibəsi başlayandan Milli Ordumuza dəstək aksiyalarına səfərbər olan hər bir azərbaycanlı kimi Üzeyir Salayev də bu nəcib missiyaya qoşulub. Onun şəxsi təşəbbüsü ilə Orduya altı ədəd avtomobil, texniki avadanlıqlar hədiyyə edilib, ərzaq, dərman pereparatları və digər ləvazimatlar göndərilib, yaralı əsgərlərimizin müalicəsi üçün maddi yardım göstərilib. Pandemiya və Vətən müharibəsi dövründə iş adamının köməyi ilə imkansız ailələrə, eləcə də əsgər ailələrinə istər maddi, istərsə də ərzaqla yardım kampaniyaları keçirilib.

     
    Akif AĞAYEV,
    MASALLI.

    PAYLAŞ:

    Oxşar xəbərlər