Onları birləşdirən nələrdir?

Onları birləşdirən nələrdir?
  • Cəmiyyət / Maraqlı

  • Müəllif Aleksandr Karavayev, haqqin.az saytının yazarı

    Sankt-Peterburqda MDB ölkələri başçılarının dekabrın 29-da başlayan ənənəvi qeyri-rəsmi görüşü yekunlaşdı. Hər il ümumi, rəsmi gündəlik daha aktual sayılan problemlərdən formalaşır.  Son iyirmi ildə separatçılıq, terrorizm, narıncı inqilablar, qaz ixracı və tranzitinin bazar qiymətlərinin müəyyənləşdirilməsi, miqrasiya və əmək bazarı problemləri kimi mövzular növbə ilə bir-birini əvəzləyib.  Yola saldığımız il pandemiyanın ikinci ili oldu, ona görə də əsas mövzu sanitar-epidemioloji təmaslar və ümumi səylərin uyğunlaşdırılması ətrafında dövr etdi.


    Əliyevin Paşinyanla polemikası MDB-yə dəyərlər məcmusunu da gətirdi

    Rusiya laboratoriya infrastrukturu da daxil olmaqla MDB-nin bütün sanitar-epidemioloji sisteminin möhkəmləndirilməsi və modernləşməsinə yönəlik “sanitar qalxanı” təşəbbüsünü irəli südü. Bu iş artıq faktik olaraq birgə elmi tədqiqatlar, kadrların hazırlanması, laboratoriyaların təchizatı istiqamətində davam etdirilir.

    Vahid  “sanitar qalxanı”  müasir, texnoloji cəhətdən xarici donorlardan asılı olmayan infrastruktura əsaslanmalıdır. Söhbət vahid koordinatlar sistemində çalışan laboratoriyalar, elmi mərkəzlər, sanitar-karantin məntəqələrindən gedir.

    Rusiyanın baş sanitar həkiminin məruzəsindən bəlli oldu ki, Rusiyanın Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanla qarşılıqlı təmasları müvafiq koordinat sisteminin proloqu olacaq (Rusiyanın  İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində nəzarətlə bağlı Federal xidməti - Rospotrebnadzor ilə Özbəkistanın Səhiyyə nazirliyi arasında yol xəritəsi imzalanıb, Tacikistanın Səhiyyə nazirliyi ilə də yol xəritəsinin layihəsi hazırlanıb).


    Rusiya tərəfinin iştirakı və birgə maliyyələşdirilməsi ilə həmin ölkələrdə sanitar-epidemioloji nəzarət mərkəzlərinin yaradılması 2025-ci ildə başa çatdırılmalıdır. Mərkəzlər bioloji təhlükəsizliklə bağlı tədqiqatların aparılması, milli kadrların hazırlanması, diaqnostika və müalicə vasitələrinin işlənməsi sahələrində ən müasir obyektlər olacaq.

    Suverenliklərin ittifaqı

    Cari gündəlikdən daha fundamental məsələlərə keçək.  Sankt-Peterburqda Yeltsin adına Prezident kitabxanasının böyük dəyirmi masası ətrafındakı görüş əyani göstərdi ki, otuz ildə MDB iştirakçılarının sayı bir xeyli azalıb.  Rusiya siyasi planda daha etibarlı, yəni daha zəruri müttəfiq-tərəfdaşlarına güvənir.

    Əgər iqtisadi kriteriləri əsas götürsək,  söhbət yerli elitalarının siyasi maraqlarının və resurslarının Rusiya dövləti ilə qarşılıqlı təmaslarının və inteqrasiyasının daha uyğun kombinasiyasının yarandığı qonşu ölkələrdən gedir.  O cümlədən, amillərdən biri demoqrafik artımdır.  Rusiya və Belarusun slavyan İttifaq dövlətini çıxsaq, Sankt-Peterburq görüşünün iştirakçıları 1991-ci ildən bəri böyük əhali artımına malik ölkələrdir - söhbət onlarla faiz artımdan gedir.  2010-cu illərdə MDB-dəki qarşılıqlı təmasların nüvəsi yenə də Xəzər və Mərkəzi Asiya ölkələridir.


    Demoqrafik artım: gələcək Mərkəzi Asiya və Xəzər regionundur...

    Bu istiqamətlər ticarət dövriyyəsinin əsas marşrutlarını da formalaşdırır. Son hesabatlara görə,  MDB ölkələri arasında qarşılıqlı ticarətin həcmi 2021-ci ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 30% artaraq pandemiyaya qədərki dövrü 9%  ötüb.

    MDB-nin 2021-ci ildəki yekun sammiti keçmiş İttifaqın “bərpası” potensialı barədə söhbətlər fonunda keçirildi. MDB-nin fəaliyyətinə bu cür məna vermək lazımdırmı?

    Ritorik sualdır.  Dövr keçib, Sov.İKP-nin ideologiyası və partiya karkası geridə qalıb. İnfrastruktur, o vaxtkı təsərrüfat-iqtisadi həyatın bölgələr arasındakı sisteminin səhvlərini və vəzifələrini xatırlayan insanlar qalıb. Otuz il ərzində koordinasiya və idarəetmə üsulları dəyişib, qloballaşma yeni imkanlar yaradıb və yeni iqtisadi marşrutlar formalaşdırıb.  Sovet dövrünün bir çox sahələri bir çox ölkənin kapital və texnologiyalarının da iştirak etdiyi güclü istehsalat komplekslərinə (holdinq və korporasiyalara) çevrilib. 


    Putinin yeni tezisləri

    Putin giriş nitqində məhz bu reallıqlara toxunub: “Sovet İttifaqı dövründən qalan əlaqələr ümumən müsbət rol oynayır.  Buraya kommunikasiyalar, tərəfdaşlar kimi çalışan müəssisələr, yüksək koordinasiya səviyyəsində izafi dəyər yaradan zəncirlər aiddir - bütün bunlar təkcə qorunub saxlanmayıb, həm də yeni mühitdə, tamamilə yeni bazada daha da inkişaf edib”.

    Rusiyanın MDB-dən olan tərəfdaşları ilə qarşılıqlı təmaslarının məzmunu məhz bu formulda ifadə olunub.  Bu yanaşmanın reallaşmasını Azərbaycan, Özbəkistan, Qazaxıstan və Belarusun timsalında, müxtəlif sahələrdə yaranan layihələrdə əyani görmək olar.

    Bu il Qazaxıstan rəhbərliyi MDB-nin sənaye kooperasiyasının (istehsal əlaqələrini təmin edən yeni müştərək müəssisələr) genişləndirilməsi ilə bağlı təkliflə çıxış edib. Prezident Tokayev 2025-ci ilə qədər sənaye komplekslərinin inkişafının yeni proqramını işləyib hazırlamağı təklif edib.

    MDB üzvlərinin maraqlarını qruplaşdırmağa cəhd etsək,, dövlətlərin Rusiyanın ətrafında və öz aralarında “lövbər salması”nın səbəblərinin bu cür strukturunu görə bilərik:


    Tokayevin sənaye ittifaqı formulu

    - Rusiyanın iqtisadi məkanı ilə bağlılığın inkişafının zəruriliyi

    Söhbət əlaqələrin bütün toplusundan gedir - Rusiya ərazisində diasporların xüsusi təsərrüfatlarının xırda biznesindən başlamış xüsusi-dövlət  korporasiyalarının maraqlarına qədər:  aqrar məhsulları və ərzaqlarla qarşılıqlı təchizat, Rusiyanın sərmayələri və müəyyən hissəsinin analoqu olmayan və ya qiymət-keyfiyyət nisbətində rəqabəti udan Rusiya texnologiyaları.

    - siyasi sistemin və hakimiyyət sisteminin suverenliyinin saxlanılması

    Kobud qaydada desək, MDB liderləri - hakimiyyətin nəzarət paketinin ali qrupun əlində qalmasında maraqlı olan tərəfdaşlardır.  Son otuz ilin siyasi tarixi göstərir ki, dövlət institutlarının fəaliyyət göstərməsi üçün başında milli liderin dayandığı, prezident hakimiyyətinə inteqrasiya olunmuş şaquli sistem ali siyasi vəzifə uğrunda yarış demokratiyasından daha sərfəlidir - sonuncuda qalib adətən oliqarxatın nümayəndəsi olur. Bu səbəbdən şaquli sistem beynəlxalq məkanda uğur qazanmağa daha şanslıdır və bir-birini tez-tez əvəzləyən partiya liderlərindən, maliyyə-sənaye qruplarından daha yaxşı şəkildə ölkə daxilində hakim rolunda çıxış edir. MDB-nin dəyirmi masasının ətrafında məhz postsovet Avrasiyasının bu cür modelə malik olan dövlətlərinin nümayəndələri qalıb.

    - Rusiya üçün “qonşuların kəməri”ni inkişaf etdirmək zərurəti

    Qonşular müxtəlif olur - yaxınlaşırlar və ya məsafə saxlayırlar.  Ancaq ümumi evin qaydalarına riayət etmək və ümumi əmlakı qoruyub saxlamaq üçün kollektiv öhdəliklərlə bağlı infrastruktura görə “kommunal ödəniş” vacibdir.  MDB ideyası 1990-cı illərin əvvəllərindən bəri məhz “ümumi məkan” anlayışını özündə ehtiva edir.  Odur ki, hər onillikdə onun effektivliyini və qarşılıqlı təmasların sürətini artıran yeni əlavə amillər - idarəetmənin, dövlət xidmətlərinin və ticarət meydançalarının rəqəmsallığı - ortaya çıxır.

    - suverenliyin təhlükəsizliyi və zəmanəti


    Bakının həmfikirlər arasında xüsusi statusu

    Bakının xüsusi statusu

    Kim Moskva ilə qarşılıqlı münasibətlərdə bu qaydalar  paketinə riayət edirsə, öz problemlərini də həll edə bilir. Misal kimi Qarabağ məsələsində Bakının, vətəndaş müharibəsinin yaratdığı bölünmənin aradan qaldırılmasında Düşənbənin nümunələrini, yaxud Moldovada prezident Voroninin son anda Moskvanın dinc tənzim planını qəbul etməkdən “qorxmasını” göstərmək olar.  Harada qaydalar dəstinə əməl olunmursa, oralarda nəticələri də çox gözləmək lazım gəlmir - nümunə üçün uzağa getməyə ehtiyac yoxdur.  Ancaq Rusiya sistemi istənilən təhlükəsizlik sistemi kimi qeyri-harmonikdir və bəzən sərt diktə edir.  Ancaq digər variant - əvəzində heç nə almadan əlində olanları da itirməkdir.

    Və nəhayət, postsovet məkanın protoideoloji məzmununa dair.  Antifaşizm konsepsiyası - postsovet məkanın ideya tərtibatlarından biridir. Əgər bu ideyanı mübaliğəyə çevirməsək, bazar münasibətləri sistemindən və istehlak dəyərlərindən asılı vəziyyətə salmasaq,  onun həm öz gücünü, həm də sosial ədalət prinsipini saxladığını görərik.  Xüsusən də 1995-ci ildən bəri keçirilən istənilən sammiti götürün - hamısında İkinci Dünya müharibəsinin qəhrəmanlarının və qurbanlarının yaddaşının əbədiləşdirilməsi və xüsusən də təhsil sahəsində bir sıra analoji təşəbbüslər bir leytmotiv kimi keçir.

    MDB-nin dəyərlər nüvəsi üç YOXa yol açır - narkotrafikə, terrorizmə, nasizmə.  Sonuncu mövzu son illərdə İlham Əliyevlə Nikol Paşinyanın iki ölkədəki yaddaş siyasəti ilə bağlı polemikalarında xüsusilə özünü büruzə verib,  Putinin qəhrəmanlara layiqli qiymətinin verilməsi və kollağorasionizmin pislənməsi ilə bağlı çıxışlarında mütəmadi olaraq qaldırılıb.

    Beləliklə, MDB - Sovet dövründən uzaqlaşdıqca ümumi Avrasiya evinin inkişafı üçün kəsərli vasitədir, onun praktik özülüdür.

    PAYLAŞ:

    Oxşar xəbərlər