Əməkdar artist Aybəniz Haşımova verilişlərin birində maraqlı açıqlama verib.
LEQAL.AZ big.az-a istinadən xəbər verir ki,müğənni işğalçı ermənilər tərəfindən Gəncədə törədilən terror aktından danışıb:
Siz onların Gəncə şəhərində hansı fəlakəti törətdiyinin şahidi oldunuz.
Ermənistan xalqı qatildir. Çünki onlar körpələri, uşaqları və qocaları yatdığı yerdə qətlə yetirərək, teror aktları törədirlər.
Ermənistan xalqı acgözlüyündən bu qədər cinayət törədir. Onların bu cinayətindən dünya da agahdır.
Onlar sənin evinə qonaq gəlib, 3 gündən sonra səni evindən çıxardarlar. Bunlar bu qədər acgözdürlər".
Müğənni həmçinin verilişdə Qarabağın işğaldan azad olunacağı günü həyəcanla gözlədiyini dilə gətirib.
"Biz hamımız qələbə xəbərini səbirsizliklə gözləyirik Qələbə çox yaxındadır.
Arzu edirəm ki, biz çox yaxın vaxtlarda Dərələyəzə gedək.
Azərbaycan bayrağı Dərələyəz və Zəngəzur mahallarında, İrəvanda dalğalansın. Çünki o torpaq mənim ata yurdumdur"