LEQAL.AZ oxu.az-a istinadən xəbər verir ki, Qarabağ YUNESKO-nun mədəni irsi siyahısına daxil edilmiş muğam sənətinin vətənidir.
Burada Üzeyir Hacıbəyli, Müslüm Maqomayev (böyük), Bülbül, Qədir Rüstəmov, Xan Şuşinski, Arif Babayev, Niyazi kimi Azərbaycan klassik musiqisinin dahiləri anadan olublar.
Azərbaycan mədəniyyətinin beşiyi sayılan, Şuşada xanəndə olacağına qərar verən, Azərbaycanın Xalq artisti Mənsum İbrahimov məhz Ağdamda anadan olub.