Qurban olum Vətənimin hər qarış torpağına

Qurban olum Vətənimin hər qarış torpağına
  • Cəmiyyət

  • 27 ildir ki, Azərbaycan tarixi qan ağlayırdı. Xalqımızın ürəyi acıyla döyünür , torpaq həsrəti ilə sızıldayırdı. Çünki 20 faiz torpaqlarımız düşmən və işğalçı Ermənistanın tapdağı altında idi.

    Xalqımız Xankəndi, Şuşa , Laçın , Xocavənd , Kəlbəcər , Ağdərə , Ağdam , Cəbrayıl , Füzuli, Qubadlı ,Zəngilan kimi cənnət guşələrimizin işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirdi.

    Nəhayət illərdir arzusunda olduğumuz o günlər gəldi! Ali Baş Komandanımiz, Azərbaycan Respublikasının Prezidenti ,cənab İlham Əliyevin məqsədyönlü siyasəti və Şanlı Ordumuzun şücaəti sayəsində həsrətində olduğumuz dogma torpaqlarımızda bayrağımız dalğalandı.

    Uzun illərdir mənfur düşmənin istismarında olan gözəl guşələrimizdən biri Qubadlı şəhəri və Qubadlı rayonudur. Ötən əsrlərdə Qubadlı dəfələrlə Ermənistan işğalçı qüvvələrinin hücumlarına məruz qalmışdır. Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılmış, dinc əhaliyə divan tutulmuşdur. Bununla belə çətinlik və əzablara baxmayaraq, hər dəfə erməni qoşunları torpağımızdan qovulmuşdur.

    Bu gün, şükürlər olsun ki , Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazir. Bir çox rayon ,şəhər ,kəndlərimiz daxil olmaqla, 25 oktyabr 2020-ci il tarixində Qubadlı rayonu və şəhəri düşmən işğalından azad olundu.

    Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Qubadlı şəhəri azad edildi.

    Qubadlı bizimdir!”. Eşq olsun Azərbaycan ordusuna!

    Qarabağ Azərbaycandır!”

    Aytən Abuşova, 
    Masallı rayon Təzəkənd kənd sakini
    PAYLAŞ:

    Oxşar xəbərlər