Dövlət müstəqilliyi

Dövlət müstəqilliyi
  • Cəmiyyət

  • Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

    1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.1991-ci il azadlığın yaxınlaşdığını

    duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi. Bu xalq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü. İmperiyanın tankları da artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi.

    Özünün istiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi.1991-ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu.

    Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.Azərbaycan

    Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi.Referendum bulleteninə bir söz yazılmışdı: “Siz Azərbaycanın Dövlət müstəqilliyi haqqında Azərbaycan Ali Sovetinin qəbul etdiyi Konstitusiya Akt”ına tərəfdarsınızmı?”. Bəli səsvermə hüququ onların 95%-indən çoxu referendumda iştirak etdi və Azərbaycan yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız

    yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr ölkənin yenidən təhlükəsini reallaşdırırdı. Xalqın şətin anında böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə və çətinliklər sovuşdu.

    Azərbaycanımızın inkişafında Ulu öndər Heydər Əliyevin bizə əmanət qoyduğu müstəqil Azərbaycan və onun layiqli davamçısı İlham Əliyev cənabların uğurlu siyasəti durur. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında məğlubiyyətə uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına, tarixi faktlar və dəlillərlə cavablandırmışdır.

    Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Ölkə rəhbəri dəfələrlə vurğulayıb ki, əldə olunan uğurların təməlində Heydər Əliyev siyasəti dayanır. O, yeni dövrlə səsləşən çoxşaxəli islahatları məhz ulu öndərimizin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir, yeni çalarlarla zənginləşdirir. Bu siyasi kursun davamlılığı Azərbaycanın hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.


    Əntiqə Tağıyeva,
    Masallı Tarix Diyarşünaslıq muzeyi
    PAYLAŞ:

    Oxşar xəbərlər