Gəncədə şəhid Əmrah Rəcəbovun anım günü qeyd edilib

Gəncədə şəhid Əmrah Rəcəbovun anım günü qeyd edilib
  • Cəmiyyət

  • Gəncə şəhərində Vətən müharibəsi şəhidi Əmrah Rəcəbovun anım günü qeyd edilib.

    Leqal.az-ın məlumatına görə, onun məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

    Mərasimdə çıxış edənlər E.Rəcəbovun vətənpərvərliyindən, Vətən müharibəsi zamanı keçdiyi şücaətli və şərəfli döyüş yolundan bəhs ediblər.

    Qeyd edək ki, 2000-ci il təvəllüdlü Əmrah Rəjəbov kiçik yaşlarında atasını itirib. Anası isə onu uşaq evinə qoyub. Ata-anasız böyüyən E.Rəcəbov orta təhsilini bitirdikdən sonra 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedib.

    O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə qatılıb və Füzuli istiqamətində gedən qızğın döyüşlərdə yaxından iştirak edib.

    E.Rəcəbov 2020-ci il oktyabrın 8-də döyüş zamanı yaralanmış əsgər yoldaşlarını ərazidən təxliyə etmək istəyən zaman mərmi onun yaxınlığına düşüb və qəhrəmancasına şəhid olub.

    Onun nəşi 2021-ci il fevral ayının 23-də tapılıb və Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

    Prezident İlham Əliyevin Sərəncamı ilə şəhid Əmrah Rəcəbov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

    Allah rəhmət eləsin!
    PAYLAŞ:

    Oxşar xəbərlər