Azərbaycan bütün təxribatlara üstün gələcək

Azərbaycan bütün təxribatlara üstün gələcək
  • Cəmiyyət

  • Azərbaycan ordusunun Dağlıq Qarabağda 44 gün davam edən hərbi əməliyyatı hücum keçirən tərəfin uğuru ilə başa çatıb.

    Hər iki tərəfin qüvvələrinin az-çox bərabər olduğunu sayan və Azərbaycanın bu qədər mürəkkəb hərbi əməliyyatlar teatrında irəliləməyəcəyini düşünən müşahidəçilər üçün bu gözlənilməz olub.

    BBC Rus xidməti Azərbaycanın hərbi əməliyyatının təfərrüatlarını və erməni tərəfinin məğlubiyyətinin səbəblərini hərbi mütəxəssislərlə birlikdə araşdırıb.

    Döyüşlər Azərbaycan qoşunlarının Dağlıq Qarabağın ən vacib yaşayış məntəqələrindən biri olan Şuşa şəhərini aldıqdan sonra sona çatıb.

    Şuşa şəhəri Xankəndindən (Stepanakertdən) bir neçə kilometr məsafədə dağın zirvəsində yerləşir və Qarabağı Ermənistanla birləşdirən yol bu şəhərdən keçir.

    Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı
    Şuşa: Qarabağın döyünən ürəyi
    Prezident İlham Əliyevin BBC News-a müsahibəsinin tam mətni
    "Şuşi (Şuşa) bütün Qarabağın açarıdır.

    Bu, Stepanakerti (Xankəndi) nəzarət altında saxlamağa imkan verən bir mərkəzdir. Birinci müharibə dövründə də vəziyyət belə idi, amma o zaman silahlanma səviyyəsi tamamilə fərqli idi," - Ermənistanın İctimai radiosunun keçmiş rəhbəri Mark Qriqoryan deyir.

    Sentyabrın sonu-oktyabrın əvvəlində, hərbi əməliyyatının ilk mərhələsində Azərbaycanın bu strateji şəhərin ələ keçirəcəyini və Ermənistanı faktiki olaraq sülhə məcbur edəcəyini təsəvvür etmək çətin idi.

    Bir çoxları düşünürdü ki, əvvəllər olduğu kimi, Azərbaycan bir neçə strateji əhəmiyyətli yüksəkliyi və bir neçə kvadrat kilometr ərazini tutandan sonra bu dəfəki gərginlik də bitəcək.

    2016-cı ildə məhz belə də olmuşdu - o zaman dörd günlük döyüşlərdən sonra Azərbaycan Talış kəndi ətrafında və Füzuli istiqamətində bir neçə yüksəkliyi aldığını elan etdi.

    Dönüş nöqtəsi
    Münaqişə sentyabrın 27-də təmas xətti boyu beş rayonda - Murovdağ dağı, ermənilərin nəzarətində olan zonanın şimalındakı Talış və Ağdərə (Mardakert) kəndlərində, həmçinin Cəbrayıl və Füzuli rayonlarında qarşılıqlı atışmadan başlayıb.

    Ümumiyyətlə müharibə iki istiqamətdə - Qarabağın şimalında və cənubunda döyüşlər formatında davam edib.

    Şimalda general-mayor Hikmət Həsənovun komandanlığı altında 1-ci korpus, cənubda - general-leytenant Hikmət Mirzəyev və general-mayor Mais Bərxudarovun rəhbərliyi altında iki ordu qrupu döyüşürdü. Prezidentin mətbuat xidmətinin məlumatlarından birində həmin bölmələr korpus kimi qeyd olunmuşdu.

    Bir neçə gün ərzində Azərbaycan vəziyyəti öz xeyrinə yönəldə bilmirdi, təmas xətti boyunca yerləşən rayonlarda döyüşlər aparılırdı, ancaq oktyabrın 9-da Azərbaycan qüvvələri Cəbrayıl şəhərini aldı.

    Bu şəhər sakinləri tərəfindən tamamilə tərk edimiş və dağıdılmışdı. O, bu günə qədər xarabalıqda qalmaqda davam edir. Bu şəhər təmas xəttindən 20 km məsafədə yerləşirdi və irəliləyən tərəf həmin şəhərə iki həftəyə çatmışdı. Yəni, ilk günlərdə Azərbaycan qoşunlarının irəliləyişinin sürətli olduğunu demək olmazdı.

    Bir neçə gün sonra Hadrut alındı - bu, Dağlıq Qarabağ ərazisindəki ilk rayon mərkəzi idi. Bu, Azərbaycan bölmələrinin hərəkət istiqamətində yerləşən və mülki şəxslərin qaldığı ilk şəhər idi.
    Hadrutun alınması ilə vəziyyət dəyişdi - Azərbaycan qoşunları daha intensiv irəliləməyə, ermənilər isə geri çəkilməyə başladı.

    "İlk fəlakət Hadrutun nədənsə ciddi müqavimət göstərməməsi idi və bu, hər şeyi həll etdi," - adının açıqlanmasını istəməyən bir erməni hərbi mütəxəssisi BBC-yə deyib.

    Azərbaycan qüvvələri əsasən cənubda, Ermənistan-İran sərhədi boyunca irəlilədilər. Cəbrayıl və Hadrutdan sonra Azərbaycan Füzuli, Zəngilan, Qubadlı üzərində də nəzarəti ələ keçirdi. Bu hücumun hədəfləri Şuşa ilə Laçın şəhərləri idi.
    Hər iki şəhər dağlıq ərazidə yerləşir və həmin şəhərlərin istiqamətində hücum sürətli deyildi, baxmayaraq ki, o vaxta qədər erməni qüvvələrinin müqaviməti zəifləmişdi. Nəticədə, ağır texnika olmadan azərbaycanlılar dağlıq ərazi ilə Şuşaya çatdılar və döyüşlərdən sonra onu aldılar.
    Bu şəhərin alınması münaqişənin həlledici anı oldu - bundan sonra müharibə sona çatdı.

    Azərbaycan və Ermənistan hansı silahları alırdılar
    Dağlıq Qarabağdakı münaqişə 25 il ərzində dondurulmuş vəziyyətdə olarkən, hər iki tərəf bu problemi güc hesabına həll etməyə hazır olduğunu bildirirdi.


    Əfsanə Kərimova, 
    Masallı Gənclər Evinin əməkdaşı
    PAYLAŞ:

    Oxşar xəbərlər