Böyük Qələbəmizin unudulmaz tarixi

Böyük Qələbəmizin unudulmaz tarixi
  • Cəmiyyət

  • Bir ilə görülmüş işlərə qiymət verərkən görürük ki, dövlətimizin, xalqımızın nə qədər böyük potensialı var.

    Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyatı qaytarmaq , insanları qaytarmaq böyük potensialdan xəbər verir.

    Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirdi ki, oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki, oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi.

    Bizim Böyük Qayıdışımız Cəbrayıldan başlamışdır. Bunun çox böyük rəmzi mənası var idi. Bu bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir.

    Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmamışdır. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durdu və Ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi. Biz həm beynəlxalq hüququ, həm tarixi ədaləti, həm insani ədaləti bərpa etdik.

    Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımızı qaytarmışıq.
    Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar.

    Biz bütün xalqımızla fəxr edirik. Çünki bu 44 gün ərzində göstərilən həmrəylik, göstərilən birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu ,birlik rəmzidir. Biz birləşdik və istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik.

    Qəhrəmanlıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qovduq, düşmənə lazımi dərsi verdik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalq əbədi olaraq qalib xalq kimi yaşayacaq.


    Gülgün Cahangirova, 
    Masallı Regional “ASAN Xidmət” mərkəzinin əməkdaşı
    PAYLAŞ:

    Oxşar xəbərlər