Suqovuşan qəsəbəsinin azad edilməsi nəticəsində əldə olumuş üstünlüklər

Suqovuşan qəsəbəsinin azad edilməsi nəticəsində əldə olumuş üstünlüklər
  • Cəmiyyət

  • 2020-ci il 3 oktyabr tarixində Suqovuşlan qəsəbəsi işlğaldan azad edilmişdir.

    Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talış və Suqovuşanı işğaldan azad etdi.

    Müharibənin ilk günlərində strateji qəsəbəni işlğaldan azad etmək böyük uğurdur və əsgərlərimizin döyüş ruhunun yüksəlməsinin səbəbidir. Əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi xalqımıza əlavə güc verdi.

    Suqovuşan qəsəbəsinin əhəmiyyəti, eyni zamanda , ondadır ki, burada Suqovuşan su anbarı yerləşir. İşğal zamanı Ermənistan Suqovuşan su anbarından istifadə edərkən Azərbaycana qarşı ekoloji terror törədiridi. Vaxtilə sovet dövründə su anbarının yanında Ulu Öndər Heydər Əliyev tərəfindən iki su elektrik stansiyası inşa edilmişldir. Müharibə zamanı düşmən bu stansiyaları da dağıtmışdır. Bu il Suqovuşlan su anbarından istifadə edərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bölgəni elektrik enerjisi və su ilə təmin etmək üçün Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var. ”Suqovuşan-1” və “Suqovuşlan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı işlər görülməyə başlamış və artıq bu stansiyalar işlək vəziyyətdədir.

    Bizim azad edilmiş torpaqlarda – Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarda mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir.

    Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!


    Zibeydə Ağayeva, 
    Masallı rayonu, fəal gənc
    PAYLAŞ:

    Oxşar xəbərlər