Azərbaycan Dövləti və Azərbaycan Xalqı etibarlı əllərdədir

Azərbaycan Dövləti və Azərbaycan Xalqı etibarlı əllərdədir
  • Cəmiyyət

  • Dənizdən-dənizə böyük Ermənistan yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları tarix boyu azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib. Ermənilərin Bakıdan başlanan kütləvi qırğınları Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edib. Yüzlərlə yaşayış məntəqələri dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Tarix boyu ermənilər öz mənfur niyyətlərini bolşevik bayrağı altında reallaşdırmağa çalışıblar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçılarla mübarizə şüarı altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı gerçəkləşdirilib.

    Əslində bu, azərbaycanlılara qarşı yürüdülən və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesini, düşməmçilik siyasətini tarix boyu həyata keçirmək olub. Beləliklə Azərbaycan-Ermənistan münaqişəsi getdikcə gərginləşərək zaman-zaman toqquşmalara və müharibələrə çevrilib. Bu münaqişələrdə Azərbaycan təkcə Ermanistanla yox onlara havadarlıq edən ikili siyasət yürüdən ölkələrlədə mübarizə aparib. Eyni zamanda Azərbaycana qarşi dəyişməz erməni xislətini və aparilan terrorizim siyasəti daimi olaraq dünya ölkələrinin diqqətinə çatdirilmişdir.

    Azərbaycan tərəfindən aparılan mübarizəyə və işğal olmuş əraziləri geri qaytarmaqla münaqişənin sülh yolu ilə həllinə tərəfdar olmasina baxmayaraq Ermənistan yeni ərazilər iddiasına düşmüş və işğalçılıq siyasətini davam etdirmişdir. Bu bu məqsədlə Ermənistan təmas xəttdində mövqelərimizə və mülki əhaliyə qarşi təxribat törədərək 2016-il aprel və 2020-ci il Tovuz döyüşləri baş vermişdir. Bu qısamüddətli müharibələrdə ordumuzun hərbi qulluqçuları və mülki əhalisi şəhid olmuşdur, buna baxmayaraq ordumuz tərəfindən düşmənə ağır zərbələr vurularaq susdurulmuşdur. Bundan nəticə çıxarmayan işğalçı dövlət 27 sentyabr 2020-ci il bütün cəbhə boyu Azərbaycan ordusunu və dinc əhalini ağır artilleriya silahlarindan atəş tutaraq hücuma keçmişdir. Əhalinin təhlükəsizliyini və Erməni ordusunun döyüş aktivliyinin qarşısını almaq məqsədi ilə ordumuza əks-hücum əmri verilmişdir. Beləliklə 44 gün davam edən müharibə Ermənistanın ağır məğlubiyyəti ilə nəticələndi.

    Ermənistan Ordusu və hərbi texnikaları tamamilə məhv olaraq kapituliyasiya akti imzalamaqa məcbur edildi. 44 gün ərzində Azərbaycan Ordusu dayanmadan ancaq irəlilədi. Hərbi əməliyyatların birinci gününün sonunda Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdi. Ordumuz ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail oldu və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdi;

    Bu Qələbəmizin arxasinda Prezident İlham Əliyevin apardığı uğurlu siyasət, düzgün ordu quruculuğun və əhatəsində yumruq kimi birləşən xalqımız dayanmışdır. Önəmli mərhələlərdən biri düşmənin 30 il ərzində yaratdiğı müdafiə xəttini ordumuz ilk gündəcə məhv etdi. İndi işğaldan azad edilmiş ərazilərimizə gedəndə bu xəndəkləri görür, tank əleyhinə maneələrin, tikanlı məftillərin və minalanmış sahələrin bir hissəsi hələ qalır. Müdafiə xəttinin yarilmasi, həm hərbi əməliyyatların aparılması, həm də silahlı qüvvələrin ruh yüksəkliyi baxımından çox mühüm rol oynadı.

    Ordunuzun novbəti uğuru Suqovuşanın işğaldan azad olunması idi. Düşmən Ordumuzu orada gözləmirdi, bu onlar üçün gözlənilməz oldu. Biz Suqovuşan ətrafındakı bütün əsas yüksəklikləri götürəndən sonra əslində, bu şəhərin taleyi həll edilmişdi. Bizim oraya yenə də minimum itki ilə daxil olmağımız, sadəcə, vaxt tələb edirdi. Ordumuz yüksək əhval-ruhiyə ilə döyüşərək sürətlə dahada qabağa gedib torpaqlarımızı işğaldan azad edirdi.

    Müdafiə xəttidin yarılmasını, Suqovuşanın azad edilməsini, çoxsaylı ordu itkisini və məhv olmuş hərbi texnikalarini görən düşmən gündün günə sarsılıb çıxış yolunu ordumuzun qarşısında qaçmaqda görürdü.

    Daha bir uğur 8 noyabr 2020-ci ildə Ordumuzun qorxmaz, əfsanəvi şücayəti nəticəsində Azərbaycanin “Mədəniyyət Beşiyi” olan Şuşa şəhəri işğaldan azad oldu. Bununlada düşmən acı bəğlubiyyətini qəbul edərək mühariəni dayandırılmasi üçün xarici dövlətlər vasitəsi ilə Azərbaycana yalvarmağa başladi. İşğalda olan Ağdam, Kəlbəcər və Laçin rayonlarımizi dinc yolla heç bir ikgi vermədən Azərbaycana qaytardi. Ali Baş Komandan Cənab İlham Əliyevin və yenilməz ordumuzun sayəsində Azərbaycan qalib ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkə kimi tanındı.10 noyabr tarixində imzalanmış Bəyanatla bu fakt təsdiq edildi.

    Mövcud reallıqda Dövlərimizin və Prezidentimizin xüsusi diqqət və qayğısı sayəsində yaralanan hərbi qulluqçularımız və şəhid ailələrimizə xüsusi qayğılar göstərilməsi, işğaldan azad olmuş ərazilərimizdə isə quruculuq işləri və müasir infrastrukturların yaradılması üzrə işlər aparılır.

    Çingiz Quiyev, 
    Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

    PAYLAŞ:

    Oxşar xəbərlər