“Zəfər salnaməsi” layihəsinin ilk görüşü keçirilib

“Zəfər salnaməsi” layihəsinin ilk görüşü keçirilib
  • Cəmiyyət

  • Sentyabrın 26-sı Azərbaycan İdman Könüllüləri ictimai birliyinin və Qazax Dövlət Sosial İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “Zəfər salnaməsi” layihəsinin ilk görüşü keçirildi. 44 günlük Vətən müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə və qazilərimizə həsr olunan görüşdə Birliyin sədri Miraqil Seyidzadə, şəhid Xaləddin Cəlilovun valideynləri, qazimiz baş leytenant Şamil Qəhrəmanov və könüllülər iştirak etdi.

    Tədbiri giriş sözü ilə açan Birliyin sədri Miraqil Seyidzadə iştirakçılara layihə haqqında məlumat verdi.

    Qeyd etdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş şəhid və qazilərimizin adını uca tutmaq və onları tanıtmaq hər birimizin vətəndaşlıq borcudur. Şəhidin ailə üzvləri çıxışlarında şəhidimizin xatirələrindən, vətən sevgisindən danışdılar. Sonra qazi Şamil Qəhrəmanov çıxış edərək müharibə ilə bağlı xatirələrindən bəhs etdi.

    LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər