Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
  • Cəmiyyət

  • Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

    Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

    Havanın temperaturu gecə 19-22, gündüz 24-26, Bakıda gecə 20-22, gündüz 24-26 dərəcə olacaq.

    Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

    Gündüz tədricən kəsiləcək. Səhər dağlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 15-19, gündüz 25-29, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər