ÜST-dən koronavirusla bağlı

ÜST-dən koronavirusla bağlı
  • Cəmiyyət / Maraqlı

  • Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həftəlik COVID-19 hesabatını paylaşıb.

    LEQAL.AZ xəbər verir ki, hesabatda dünyada təxminən 4 milyon koronavirusa yoluxma hadisəsinin qeydə alındığı ifadə edilib.

    ÜST iki aydan çox müddətdə yeni yoluxmaların sayında ilk böyük azalmanın müşahidə edildiyini bildirib. Dünyada virusdan ölüm sayının həftəlik 62 minə düşdüyünü ifadə edən təşkilat ən kəskin azalmanın Cənub-Şərqi Asiyada müşahidə edildiyini qeyd edib.

    Afrika qitəsində isə virus qurbanlarının 7% artdığı deyilib.

    Ümumdünya Səhiyyə Təşkilatı uşaqların və gənclərin böyüklərə nisbətən koronavirusdan daha az əziyyət çəkdiklərini və xəstəlik səbəbindən 24 yaşadək insanların ölümlərinin qlobal itkinin 0,5 faizindən azını təşkil etdiyini əlavə edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər