Kəlbəcər sakinləri 28 illik həsrətdən sonra ilk dəfə doğma şəhərlərinə qayıdırlar

Kəlbəcər sakinləri 28 illik həsrətdən sonra ilk dəfə doğma şəhərlərinə qayıdırlar
  • Cəmiyyət

  • Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzə Dövlət Komitəsinin təşkil etdiyi səfərdə Kəlbəcər sakinləri şəhərin azad olunmasından sonra ilk dəfə öz doğma yurdlarını görmək üçün yola düşüblər.

    LEQAL.AZ-ın məlumatına görə, sakinlər səfər zamanı öz şəhərlərini ziyarət edəcəklər.

    Sakinlər Göygöl rayonunun Toğanalı kəndindən Kəlbəcərə yollanıblar.

    Onlar öz doğma şəhərlərində görülən işlərlə tanış olacaqlar.

    Səfər proqramı çərçivəsində sakinlər "Tunel qətliamı"nın baş verdiyi əraziyə gül dəstələri qoyacaq, Başlıbel faciəsinin baş verdiyi əraziyə baxacaq, Zülfüqarlı kəndində Milli Qəhrəman Şahlar Şükürovun qəbrini ziyarət edəcək, eyni zamanda Günəşli kəndinə baş çəkəcəklər.

    PAYLAŞ:

    Oxşar xəbərlər