ÜST: “Delta” ştammı antikovid tədbirlərini qabaqlayır”

ÜST: “Delta” ştammı antikovid tədbirlərini qabaqlayır”
  • Cəmiyyət

  • Müxtəlif ölkələrdə səhiyyə sistemlərinin koronavirusun “Delta” ştammına qarşı effektiv mübarizə üçün gücü çatmır.

    Bunu Cenevrədə keçirilən ənənəvi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Tedros Adanom Qebreyesus bəyan edib.

    O bildirib ki, “Delta” variantı koronavirus əleyhinə tədbirləri, dünya ölkələrinin kollektiv reaksiyasını qabaqlayır.

    Həmçinin, təşkilat rəhbəri vaksin çatışmazlığı yaşayan ölkələrdə xəstəliyə qarşı mübarizənin gücləndirilməsinin vacibliyindən danışıb.

    Qebreyesus dünya dövlətlərini aşağı və orta gəlirli ölkələrin xeyrinə əlavə vaksin dozalarından imtina etməyə çağırıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər