“Yeni Nəsil” gənc sahibkarlar üçün “Bootcamp” keçirilib

“Yeni Nəsil” gənc sahibkarlar üçün “Bootcamp” keçirilib
  • Cəmiyyət

  • Gənc sahibkarlara öz dəstəyini göstərən “Yeni Nəsil 2.0” layihəsinin “Sürət” mərhələsi çərçivəsində biznes ideyasına güvənən komandalar üçün keçirilən “Bootcamp” başa çatıb.

    Lənkəran şəhərində baş tutan “Bootcamp”ın açılış mərasimində çıxış edən “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Elşad Fərzəliyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyova, “İnnoland” İnkubasiya və Akselerasiya Mərkəzinin Startaplarla iş şöbəsinin müdiri Tengiz Ağakişiyev və Milli Məclisin deputatları Şahin Seyidzadə və Vüqar İskəndərov “Bootcamp”ın iştirakçılar üçün səmərəli keçəcəyini vurğulayıb və iştirakçılara uğurlar arzu ediblər.

    20-26 iyul tarixlərini əhatə edən “Bootcamp”ın əsas məqsədi komandaların öz biznes/startaplarını inkişaf etdirmələri üçün mentorların dəstəyi ilə təməl mövzularda təlimlər, vörkşoplar və panel diskussiyaların təşkil edilməsi olub. Yeddi gün ərzində baş tutan “Bootcamp” zamanı İnnovasiya/startap, Kənd təsərrüfatı, HoReCa, Qadın sahibkarlığı və digər istiqamətlər üzrə təmsil olun komanda üzvlərinin biznes ideyalarında tətbiq etmələri məqsədilə təsir planı, maliyyə proqnozları, rəqabət və maraqlı tərəflər analizi, dəyər təklifi, daxili motivasiya, qiymət strategiyası, strateji plan və biznes model/marketinq kimi mövzular əhatə olunub. Eyni zamanda öz sahələrində peşəkar olan mentorlardan Kristina Məmmədova, Şəbnəm Nuriyeva, Tengiz Ağakişiyev, Ülviyyə Axundova, Həvva Səfərova, Hüseyn Hümbətov və Kamran Məmmədovun iştirakı ilə təşkil edilən panel diskussiyalarda gənclər bu müddət ərzində onları maraqlandıran suallara cavab tapıblar. Həmçinin, “Bootcamp” çərçivəsində onlayn formada baş tutan və böyük marağa səbəb olan “Mənim yolum” adlı tədbirdə Hakan Dülge, İlker Yasin Yiğit, Maria Zaluzhnaya və Olqa Yeremeyeva kimi xüsusi qonaqlar öz hekayələrini iştirakçılarla bölüşüblər.

    26 iyul tarixində baş tutan bağlanış mərasimində Proqram meneceri Talifa İsgəndərli layihəyə dəstək göstərdikləri və dəyər qatdıqları üçün mentorlara təşəkkür edib və iştirakçılar sertifikatla təltif olunublar.

    “Yeni Nəsil 2.0” gənc sahibkarlara dəstək layihəsi Azərbaycanda gənclərin və qadınların sahibkarlıq fəaliyyətində iştirak etməsinə imkan yaradan və biznesə öz dəstəyini verən bir illik layihədir. Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, "Coca-Cola" Fondu, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “İnnoland” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilir. Layihənin yekununda qalib komandalar mövcud investisiya fondundan müvafiq investisiya əldə etmək imkanı qazanacaq.


    Müəllif: LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər