Türkiyənin İstanbul şəhərində PKK terror qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində partlayış törətməyə hazırlaşan 2 nəfər saxlanılıb.
LEQAL.AZ “Haberturk”ə istinadən xəbər verir ki, əməliyyatı İstanbul Polis İdarəsi Terrora qarşı mübarizə şöbəsinin əməkdaşları keçirib.
İstintaq zamanı müəyyən edilib ki, onlar terrorçu PKK/PYD-YPG qruplaşması adından fəaliyyət göstəriblər.
Bildirilib ki, həmin şəxslər Türkiyə ərazisinə Suriya kəndlərindən daxil olublar.
İstanbulda saxlanılan terrorçular PKK/KCK-nın İnqilabçı Gənclik Hərəkatında Esenyurda fəaliyyət göstəriblər. Onlar İstanbulun 4 rayonunda 4 fərqli yerdə terror hücumu keçirməyi planlaşdırırmış.
2 nəfərin istintaqı davam edir./report