Masallılı UFC döyüşçüsü Tahir Abdullayevlə görüş

Masallılı UFC döyüşçüsü Tahir Abdullayevlə görüş
  • ---

  • 09 iyul 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov dünyaca məşhur UFC təşkilatında ölkəmizi təmsil edən idmançımız Tahir Abdullayevi qəbul edib.

    Görüş zamanı rayon rəhbəri idmançını qazandığı parlaq qələbə münasibətilə təbrik edib. Araz Əhmədov bildirib ki, idmanın müxtəlif növlərində uğur qazanan gənclərimizin nailiyyətləri hər bir masallılıda qürur hissi doğurur. Rayon rəhbəri vurğulayıb ki, Azərbaycanda idmana göstərilən dövlət qayğısı və yaradılan şərait gənc nəslin öz potensialını beynəlxalq arenada nümayiş etdirməsinə geniş imkanlar açır.

    Tahir Abdullayev də öz növbəsində göstərilən diqqət və yüksək qiymətə görə minnətdarlığını bildirib. O, ilk UFC döyüşündə qazandığı qələbənin sevincini bölüşərək, qarşıdakı hədəfləri və dünya arenasında Azərbaycanı layiqincə təmsil etmək əzmində olduğunu qeyd edib.
    Qeyd edək ki, 1997-ci il təvəllüdlü Tahir Hikmət oğlu Abdullayev idman karyerasına 11 yaşından Masallı rayonunda, əməkdar məşqçi Təhmasib İsayevin rəhbərliyi altında sərbəst güləşlə başlayıb. Daha sonra qarışıq idman növləri (MMA) üzrə fəaliyyətini davam etdirən həmyerlimiz, ümumilikdə keçirdiyi rəsmi döyüşlərdə 22 qələbəyə imza atıb. Cari ilin 27 iyun tarixində Bakıda təşkil olunan "UFC Fight Night" turnirində debüt edən T.Abdullayev braziliyalı rəqibi Jefferson Nascimentonu 3-cü raundda nokautla məğlub edərək möhtəşəm uğura imza atıb.

    Görüşün sonunda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov uğurlu idmançıya xatirə hədiyyəsi təqdim edib və ona gələcək yarışlarda yeni qələbələr arzulayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər