04 iyun 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Tohid Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirib.
Qəbul zamanı rayonun müxtəlif yaşayış məntəqələrindən olan vətəndaşlar iştirak edərək onları narahat edən məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Vətəndaşların müraciətləri əsasən sosial-məişət problemləri, məşğulluq və digər məsələləri əhatə edib.
Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Qəbul zamanı bəzi müraciətlər yerində həll olunub, əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə müvafiq struktur bölmələrinə göstərişlər verilib və onların icrası nəzarətə götürülüb.
Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vətəndaş qəbulunu yekunlaşdıraraq keçirilən görüşlərin dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib, vətəndaş müraciətlərinin operativ və şəffaf şəkildə araşdırılmasının daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
