Masallı rayonunda 2026-cı il yanvar ayının 1-nə olan demoqrafik vəziyyət

Masallı rayonunda 2026-cı il yanvar ayının 1-nə olan demoqrafik vəziyyət
  • ---

  • Masallı Rayon Statistika İdarəsindən mediyaya verilən məlumatda bildirilir ki, 2025-ci ildə Masallı rayonu üzrə əhalinin sayı 979 nəfər və ya 0,4 faiz artaraq 2026-cı il yanvar ayının 1-i vəziyyətinə 228699 nəfərə çatmışdır.
    Masallı rayonu əhalisinin 50,4 faizini kişilər, 49,6 faizini qadınlar, 22,8 faizini şəhər, 77,2 faizini kənd sakinləri təşkil edir. Rayon üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 318 nəfər olmuşdur.

    Ötən il ərzində rayonda 2186 doğulan körpə qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 9,6-ya düşmüşdür.

    2025-ci ildə rayon üzrə 1227 ölüm halı qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 100 nəfərinə bu göstərici 5,5-dən 5,4-dək azalmışdır.

    Keçən il ərzində rayon üzrə 1165 nikaha daxil olma və 326 boşanma halları qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,6-dan 5,1-dək artmış, boşanmaların sayı isə 1,8-dən 1,4-dək düşmüşdür.

    Masallı Rayon Statistika İdarəsi

    PAYLAŞ:

    Oxşar xəbərlər