05 may 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətində “Nüvə və digər kütləvi silahların mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov açmışdır.
Tədbirdə Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzin Mülki Müdafiə İdarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabitləri, mayor-Mirxəzər Hüseynov, kapitan-Abdulhüseyn Əlizadə və Mülki müdafiə İdarəsinin mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin zabiti Murad Babayev “Nüvə silahı və onun zədələyici amilləri” mövzusunda çıxışlar edərək verilən sualları cavablandırmışlar.

