07 aprel 2026-cı il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçısının Birinci müavini Tohid Hüseynov və başçının müavini Adəm Məhərrəmov Masallı rayonunun Kolatan kənd sakini, fermer Rəfail Sadıqova məxsus çiyələk təsərrüfatında olub.
Səfər zamanı fermer rayon rəhbərinə təsərrüfat barədə ətraflı məlumat verərək bildirmişdir ki, təsərrüfatda gündəlik 20–25 nəfər işçi böyük həvəslə çalışır və bu səbəbdən də yüksək məhsuldarlıq əldə olunması üçün bütün gücümüzü səfərbər edirik.
Görüş zamanı İcra başçısı qeyd etmişdir ki, bu cür fermer təsərrüfatlarının fəaliyyəti kənd yerlərində məşğulluğun artırılması, əhalinin gəlir imkanlarının genişlənməsi və yerli iqtisadiyyatın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, kənd təsərrüfatının inkişafı istiqamətində bu kimi təşəbbüslərin dəstəklənməsi vacibdir.
