07 aprel 2026-cı il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçısının Birinci müavini Tohid Hüseynov və başçının müavini Adəm Məhərrəmov Masallı rayonunun Kolatan kəndi ərazisində Hampa zirvəsində görülən işlərlə yerində tanış olub.
Rayon rəhbəri ərazidə aparılan abadlıq və yaşıllaşdırma tədbirlərinə baxış keçirib, xüsusilə əkilən ağacların vəziyyəti ilə maraqlanıb. Ağacların suvarılması və düzgün qulluq olunmasının vacibliyini vurğulayan icra başçısı bu istiqamətdə aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələrini verib.
Rayon rəhbəri görülən işləri yüksək qiymətləndirərək, ağacların suvarılmasında iştirak edib və bildirib ki, bu kimi təşəbbüslərin davam etdirilməsinin vacibdir. Eyni zamanda İcra başçısı vətəndaşların asudə vaxtlarının səmərəli təşkili üçün ərazidə zəruri infrastrukturun yaradılmasının məqsədəuyğun olduğunu bildirib.
