Bu gündən I siniflərə şagird qəbulu üzrə məktəb seçimi prosesinə başlanılır

Bu gündən I siniflərə şagird qəbulu üzrə məktəb seçimi prosesinə başlanılır
  • Təhsil

  • Bu gündən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üzrə məktəb seçimi prosesinə başlanılır.

    LEQAL.AZ xəbər verir ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

    2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbul, qeydiyyat prosesinin həyata keçirilməsi barədə əlavə məlumatı Təhsil Nazirliyinin rəsmi saytında təqdim olunan sual-cavab faylından, həmçinin videotəlimatdan əldə etmək olar.
    PAYLAŞ:

    Oxşar xəbərlər