Ukrayna öz vətəndaşları üçün Rusiya ilə sərhəddə keçid məntəqəsi açıb

Ukrayna öz vətəndaşları üçün Rusiya ilə sərhəddə keçid məntəqəsi açıb
  • Təhsil

  • Bu gündən 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start verilir.

    Elm və Təhsil Nazirliyindən Leqal.az-a bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

    Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün avqustun 7-si saat 15:00, 10-cu siniflər üçün isə avqustun 14-ü saat 15:00-dan aktivləşdiriləcək.

    Valideynlər üçün elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi avqustun 31-i saat 18:00-a qədər davam edəcək. Onlar sentyabrın 5-i saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

    Qeyd edək ki, aşağıda adları qeyd olunmuş ümumi təhsil müəssisələrinin 2-9-cu siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahana qeydiyyat sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Qeydiyyat avqustun 7-si saat 15:00-dan avqustun 14-ü saat 18:00-a qədər aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə avqustun 17-si, 5-9-cu siniflər üzrə isə avqustun 18-i tarixində keçiriləcək.

    İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı:

    - Heydər Əliyev adına lisey

    - T.İsmayılov adına 6 nömrəli məktəb-lisey

    - 132-134 nömrəli təhsil kompleksi

    - T.Həsənov adına 23 nömrəli tam orta məktəb

    - İlyas Əfəndiyev adına Elitar gimnaziya

    - İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi

    - Zəngi liseyi

    - Bakı Avropa Liseyi

    - “Ankara məktəbi” məktəb-lisey

    - Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi

    - Bülbül adına orta ixtisas musiqi məktəbi

    - Humanitar fənlər təmayüllü məktəb-lisey.
    PAYLAŞ:

    Oxşar xəbərlər