Bu gündən MİQ üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır

Bu gündən MİQ üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır
  • Təhsil

  • Bu gündən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir.

    Elm və Təhsil Nazirliyindən Leqal.az-a bildirilib ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 58 000-ə yaxın namizəd dəvət olunub.

    Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

    Qeyd edək ki, MİQ üzrə 9 mindən artıq vakant yer var. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.
    PAYLAŞ:

    Oxşar xəbərlər