Martın 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərdə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.
LEQAL.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN bildirib.
Qeyd edək ki, S.Lavrov Yaxın Şərq ölkələrinə səfərlər keçirəcək.
Qətərdə rusiyalı nazir əmir Tamim bin Həməd əl-Tani və xarici işlər naziri Məhəmməd bin Əbdül əl-Tani ilə görüşəcək.