Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya yaradıldı

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya yaradıldı
  • Siyasət

  • Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya yaradılıb.

    LEQAL.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın tərkibi aşağıdakılardır:

    Komissiyanın sədri

    Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin
    birinci müavini

    Komissiya sədrinin müavini

    Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri

    Komissiyanın üzvləri:

    Azərbaycan Respublikası müdafiə nazirinin müavini

    Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
    Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
    Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

    Azərbaycan Respublikası maliyyə nazirinin müavini
    Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
    Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
    Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin müavini
    Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini
    Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisinin müavini
    Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisinin müavini
    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini.

    Komissiyaya tapşırılıb ki, Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi üçün müharibə iştirakçılarının siyahısını müəyyən etsin və müvafiq təkliflərini Nazirlər Kabinetinə təqdim etsin.

    Müəyyən edilib ki, Vətən müharibəsi iştirakçılarına qanunvericiliyə uyğun olaraq “Müharibə veteranı” adı Komissiyanın müəyyən etdiyi siyahı nəzərə alınmaqla verilir. Komissiya öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edə və işçi qruplar yarada bilər.
    PAYLAŞ:

    Oxşar xəbərlər