Nur-Sultanda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar onlayn videokonfrans keçirilib - FOTO

Nur-Sultanda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar onlayn videokonfrans keçirilib - FOTO
  • Siyasət

  • Qazaxıstanın paytaxtı Nur-Sultanda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar onlayn videokonfrans keçirilib.

    Azərbaycanın Qazaxıstandakı Səfirliyi tərəfindən təşkil olunan videokonfransda paytaxtla yanaşı, bölgələrdəki Azərbaycan icmasının rəhbər şəxsləri və fəalları, Qazaxıstanın regionlardakı məclislərində təmsil olunan soydaşlarımız iştirak edib.

    Videokonfransda icma fəalları 20 Yanvar hadisələrini müstəqillik tariximizin dönüş nöqtəsi və qəhramanlıq salnaməsi kimi xarakterizə ediblər.

    LEQAL.AZ xəbər verir ki, Sonda Səfir R.Məmmədov 10 noyabr tarixində Qazaxıstan Parlamenti Məclisinə və yerli qanunverici orqanlara seçkilərdə uğur qazanan soydaşlarımızı təbrik edib və onlara fəliyyətlərində uğurlar arzuladı.

    PAYLAŞ:

    Oxşar xəbərlər