Səudiyyə Ərəbistanının ingilis dilində nəşr olunan “Arabnews” qəzetində Pakistan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin İslamabadda keçirdikləri üçtərəfli görüş, həmçinin İslamabad, Ankara və Bakı arasında strateji tərəfdaşlığın möhkəmlənməsi haqqında məqalələr dərc edilib.
LEQAL.AZ xəbər verir ki, “Pakistan, Azərbaycan və Türkiyə üçtərəfli görüşdə islamofobiya ilə mübarizə üzrə razılığa gəliblər” sərlövhəli məqalələrdə Bakı ilə İslamabad arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi, habelə Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşünün yekunlarından bəhs edilir.
Bundan başqa, Səudiyyə Ərəbistanının SPA rəsmi informasiya agentliyinin saytında ICESCO-nun Baş direktorunun Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə keçirdiyi görüşlər, həmçinin təşkilatın nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərdə tarixi-mədəniyyət abidələrini ziyarət etməsi barədə material yayılıb.