Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Siyasət

  • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında
     Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


    ​​​​Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin:

    Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra)

    Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra)

    Hüseynov İbad Mövsüm oğlu – ehtiyatda olan baş çavuş.

     

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti
    PAYLAŞ:

    Oxşar xəbərlər