Xorvatiya KİV-ləri Ermənistan təcavüzkarlarının Gəncə şəhərini raket atəşinə tutmasından yazır

Xorvatiya KİV-ləri Ermənistan təcavüzkarlarının Gəncə şəhərini raket atəşinə tutmasından yazır
  • Siyasət

  • Xorvatiyanın aparıcı KİV-lərində, o cümlədən “Zagorje” onlayn portalında və “Zaqorski list” qəzetində Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən hazırlanan məqalə dərc edilib.
    LEQAL.AZ xəbər verir ki, məqalədə Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması, həlak olmuş günahsız insanlar və dağıntılar barədə məlumat verilib. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin hadisə yerinə səfər etdikləri, erməni vəhşiliyinin nəticələrini öz gözləri ilə gördükləri qeyd olunub.
    Yazıda, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektləri, erməni tərəfinin iddia etdiyi guya Qarabağın zorla Azərbaycanın tərkibinə qatılması barədə yalanlar ifşa olunub.
    Eyni zamanda, münaqişənin hüquqi tərəfinə də toxunulub, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Cenevrə konvensiyalarının Ermənistan tərəfindən kobud şəkildə pozulması oxucuların diqqətinə çatdırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər