YAP Sədrinin müavini Hakan Fidanın dəvəti ilə Türkiyəyə səfər edib

YAP Sədrinin müavini Hakan Fidanın dəvəti ilə Türkiyəyə səfər edib
  • Siyasət

  • Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyə xarici işlər naziri Hakan Fidanın dəvəti ilə Türkiyəyə səfər edib.

    Bu barədə Leqal.az-a YAP-dan məlumat verilib.

    Qeyd edilib ki, səfərin məqsədi Türkiyə Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan IV Antalya Diplomatiya Forumunda iştirakdır.

    Səfərdə YAP-ın Aparat rəhbəri ilə bərabər, İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov da iştirak edəcək.

    Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.
    PAYLAŞ:

    Oxşar xəbərlər