Elmir Səftərov: Azərbaycanın Ermənistanı əzici məğlubiyyətə uğratması böyük güclərin planlarını pozdu

Elmir Səftərov: Azərbaycanın Ermənistanı əzici məğlubiyyətə uğratması böyük güclərin planlarını pozdu
  • Siyasət

  • "Prezident İlham Əliyevin Milli Məclisdəki nitqində hazırkı dövrə kimi əldə edilmiş nəticələr təhlil edilidi, ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələr əsaslandıraraq göstərildi".

    Bu fikirləri açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:

    "Diqqətçəkən digər bir məsələ isə dünyada gedən proseslərin regionumuza təsiri ilə əlaqədar olaraq milli təhlükəsizliyimizin təmin edilməsi istiqamətində görülən işlər və qarşıda duran hədəflərin müasir çağırışlara uyğun şəkildə yenidən dizayn olunmasıdır. 

    Bu gün dünyada baş verən sürətli dəyişikliklər, təhdidlər ölkələrin hərbi büdcəsini və xərclərini artırmağa vadar edir. Bundan istifadə edən qlobal güclər isə 
    regionda münaqişə vəziyyətində olan tərəflər arasında ziddiyyətlərin kəskinləşməsi üçün səy göstərirlər. 
    Azərbaycanın Ermənistanı və onun himayəsində olan qüvvələri əzici məğlubiyyətə uğratması uzun illərdir böyük güclər tərəfindən qurulan planları pozdu. 

    Bu səbəbdən də əsasən 2021-ci ildən Ermənistana  regionda qüvvələr balansını bərabərləşdirmək üçün edilən yardımları gözardı etmək mümkün deyil. Təhdid faktorları özlüyündə müdafiə instinktini aktivləşdirərək yeni mexanizmlərlə müşahidə olunur, hərbi büdcənin bir neçə dəfə artırmasına səbəbiyyət verir. 
    İstər Yaxın Şərq, istərsə də Ukrayna-Rusiya savaşı göstərir ki, ənənəvi müharibələri 5-ci nəsil döyüşlər əvəz edir. Ona görə dövlətlərin hərbi sənayesində artıq suni intellektdən istifadə edərək  hazırlanan silahlara üstünlük verirlər. 

    Rusiya- Ukrayna müharibəsində
    kiçik  pilotsuz uçan aparatların necə effektiv olduğu görünür.  100 kilometrlə uzaqdan idarə olunan bu tip dronlar düşmən qüvvələrinə ciddi itkilər verir. 

    Bundan əlav, rəqib olan Amerika və Çin də süni intellekti hərbi üstünlüyün əsas meyarı kimi görür. Ölkəmiz də dünyada gedən müharibələri analiz edir və nəticələr çıxarır. 
      
    Azərbaycan quruda, dənizdə və havada avtonom robotlarla birləşən süni intellekt sistemlərini əldə etmək üçün böyük silah istehsalçı olan dövlətlər ilə əməkdaşlıq edir. Bu, zamanın tələbidir və ehtimal olunan təhdidlərin qarşısının alınması üçün həyati əhəmiyyətə malikdir".
    PAYLAŞ:

    Oxşar xəbərlər